Habek: Almaniya “yaşıl enerji” kursunu davam etdirməlidir

image

“Yaşıl enerji”nin inkişafı planlarının həyata keçirilməsi ABŞ Prezidenti Donald Trampın Paris iqlim sazişindən çıxmaq qərarından sonra ona ən yaxşı cavabdır.

Renewables.az “Report”a istinadla xəbər verir ki, bunu Almaniyanın vitse-kansleri, iqtisadiyyat naziri Robert Habek Berlində keçirilən “Handelsblatt” illik enerji konfransında çıxışı zamanı bildirib.

"Biz öz texnologiyalarımızı ön plana çıxarmalıyıq", - Almaniyada ekoloji təmiz elektrik enerjisinin payının 2030-cu ilə qədər 80%-ə çatdırılması ilə bağlı planların müəllifi olan Habek qeyd edib.

Onun sözlərinə görə, daxili “yaşıl enerji” hesabına özünütəminat xüsusilə 2022-ci ildə Rusiyanın Ukraynada hərbi əməliyyatlara başlamasından sonra Rusiya qazının Avropaya tədarükünün azalması fonunda enerji idxalından asılılığa və yüksək qiymətlərə ən yaxşı cavab olaraq qalır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *