Bu gün - 26 yanvar 2025-ci il tarixində ikinci dəfə "Beynəlxalq Təmiz Enerji Günü" qeyd edilir.
Renewables.az xatırladır ki, "Beynəlxalq Təmiz Enerji Günü" ilk dəfə 26 yanvar 2024-cü il tarixində qeyd edilib.
Qeyd edək ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) təsis edildiyi 26 yanvar tarixinin “Beynəlxalq Təmiz Enerji Günü” elan edilməsi ilə bağlı qətnamə qəbul edilib.
IRENA-nın yaydığı məlumatda bildirilib ki, qurum BMT-nin 26 yanvar tarixini “Beynəlxalq Təmiz Enerji Günü” elan edilməsi ilə bağlı qəbul etdiyi qətnaməni dəstəkləyir və bunu enerji keçidinə nail olmaq istiqamətində yüksək addım kimi qiymətləndirir. 26 Yanvar tarixini seçməklə UNGA-nın 193 Üzv Dövləti IRENA-nın qlobal, bərpa olunan enerjiyə əsaslanan enerji keçidinin sürətləndirilməsində aparıcı rolunu etiraf etdiyini təsdiqləyir.
Təmiz enerjiyə hədəflənən xüsusi günün yaradılması enerji keçidinə nail olmaq həmçinin Davamlı İnkişaf 2030 gündəliyinin icrası istiqamətdə işlərin sürətləndirilməsinə töhfə verəcək.
Rəylər (0):