İspaniyanın “Cepsa” neft-kimya şirkəti və Amerikanın “ManpowerGroup” transmilli korporasiyası hesabat təqdim ediblər. Hesabatda bildirilir ki, yaşıl hidrogen, bioyanacaq kimi bərpa olunan enerji mənbələrinin yaradılması 1,7 milyon yeni iş yerlərinin açılmasına və Avropa ÜDM-nin 2040-cı ilə qədər 145 milyard avro artmasına səbəb olacaq.
Renewables.az-ın məlumatına görə, hesabata əsasən, İspaniya Avropada yaşıl hidrogenin istehsalına liderlik edən ölkələrdən birinə çevriləcək. Məhz 2040-cı ilə qədər İspaniyada yaşıl molekullarla əlaqəli 181 min iş yeri yaradılacaq. Sonrakı yerlərdə Böyük Britaniya (173 min) və Almaniya (145 min) gəlir.
Hesabata görə, enerjinin transformasiyası 2040-cı ilə qədər müddətdə orta və yüksək səviyyəli alim və mühəndislərə, elektriklərə, inzibati və satış direktorlarına, mədənçıxarma və tikinti fəhlələrinə, İT mütəxəssislərinə, metallurgiya və mühəndislik operatorlarına tələbatın əhəmiyyətli dərəcədə artmasına gətirib çıxaracaq.
“Biz təkcə şirkətlər üçün deyil, həm də milyonlarla mütəxəssis üçün çox böyük imkanlar təqdim edən yeni dövrün astanasındayıq. Lakin biz bundan ancaq insanları buna hazırlayacağımız təqdirdə istifadə edə bilərik. Gələcək “yaşıl” keçidindir”, - deyə "ManpowerGroup”un baş direktoru Yonas Prizinq bildirib.
Rəylər (0):