26 yanvar Beynəlxalq Təmiz Enerji və Dünya Ekoloji Təhsil günləri kimi qeyd olunur.
Renewables.az xatırladır ki, Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyasında Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (International Renewable Energy Agency (IRENA) təsis edildiyi 26 yanvar tarixinin “Beynəlxalq Təmiz Enerji Günü” elan edilməsi ilə bağlı qətnamə qəbul edilib. Təmiz enerjiyə hədəflənən xüsusi günün yaradılması enerji keçidinə nail olmaq həmçinin Davamlı İnkişaf 2030 gündəliyinin icrası istiqamətdə işlərin sürətləndirilməsinə töhfə verəcək.
Bu gün həmçinin qeyd olunan Dünya Ekoloji Təhsil Gününün əsas məqsədi ictimai diqqəti ətraf mühit problemlərinə, onların həllinə yönəltməkdə və gələcəkdə mümkün fəsadların qarşısını almaqda ekoloji təhsilin vacibliyini vurğulamaqdır. Müasir ekoloji təhsil hərəkatı 1972-ci ilin iyununda İsveçin paytaxtı Stokholmda keçirilmiş Birləşmiş Millətlər Təşkilatının “İnsanın ətraf mühiti” konfransında beynəlxalq status alıb.
Rəylər (0):