ABŞ Çindən günəş paneli materiallarının idxalını qadağan edib

image

ABŞ Çinin “Hoshine Silicon” şirkətindən günəş paneli materiallarının alışını dayandırdı.

“Berpaolunanenerji.az” “Reuters”ə istinadən xəbər verir ki, buna səbəb Çinin Sincan əyalətindəki uyğurlara qarşı insan haqlarının pozulması olub.

Belə ki, ABŞ Ticarət Nazirliyi Çinin “Hoshine Silicon” şirkətindən günəş paneli materiallarının alışını qadağan edib.

Bundan əlavə, Bayden administrasiyası Çinin günəş paneli materialları istehsal edən digər iki şirkəti - “Xinjiang Daqo New Energy” və “Xinjiang GCL New Energy” ilə idxal əməliyyatlarını dayandırıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *