Aİ bərpa olunan enerjidən istifadə hədəfini 42,5 faizə qədər artırır

image

Avropa Parlamenti Baş Assambleyasının Strasburqda keçirilən sessiyasında Avropa İttifaqının (Aİ) bərpa olunan enerji tənzimləməsinin yeni qaydası səs çoxluğu ilə qəbul edilib.

Renewables.az BloombergHT-yə istinadən xəbər verir ki, yeni qaydaya görə, külək və günəş enerjisi kimi müxtəlif bərpa olunan enerji mənbələrinin Aİ-nin ümumi enerji istehlakında payı 2030-cu ilə qədər 42,5 faizə çatdırılacaq.

Bundan əlavə, üzv ölkələr bərpa olunan enerjinin payını 45 faizə çatdırmağa çalışacaqlar. Bu tənzimləmədən əvvəl Aİ-nin 2030-cu il üçün bərpa olunan enerji hədəfi 32 faiz idi.

Son məlumatlara görə, Aİ ölkələrinin ümumi enerji istehlakında bərpa olunan mənbələrin payı 22 faiz civarındadır.

Əsasnaməyə görə, yeni günəş və ya külək enerjisi investisiyaları üçün icazə və təsdiq prosesləri sürətləndiriləcək. Nəqliyyat sektorunda təmiz yanacağın payı artırılacaq və 2030-cu ilə qədər sektorun istixana qazı emissiyaları 14,5 faiz azalacaq.

Bundan sonra yeni qaydalar üzv dövlətlər tərəfindən rəsmən təsdiqləndikdən sonra qüvvəyə minəcək.

Sözügedən tənzimləmə Avropa Yaşıl Sazişində iqlim hədəflərinə cavab vermək və Rusiyadan enerji asılılığını azaltmaq üçün hazırlanıb.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *