Aİ kömür enerjisinin 80 faizini təmiz enerji mənbələri ilə əvəz etmək niyyətindədir

image

Avropa Komissiyası Avropa İttifaqına (Aİ) 2040-cı ilə qədər istixana qazı emissiyalarını 90 % azaltmağı tövsiyə edib. Bunun o cümlədən bərpa olunan enerji mənbələrinin və nüvə enerjisi texnologiyalarının geniş tətbiqi yolu ilə həyata keçirilməsi gözlənilir.

Renewables.az “Report”a istinadən xəbər verir ki, 2040-cı il üçün yeni hədəf Avropanın enerji balansını dəyişəcək.

Kömür enerjisi mərhələli şəkildə istismardan çıxarılacaq və ümumi mədən yanacağı istifadəsi 80 % azalacaq. Onu günəş, külək və atom elektrik stansiyaları əvəz edəcək.

Avropa Komissiyası həmçinin 2050-ci ilə qədər yüz milyonlarla ton CO2 emissiyasının tutulması və saxlanması planlarını əks etdirən sənəd dərc edib.

Ümumi hədəf Aİ-nin rəsmi iqlim məsləhətçiləri tərəfindən tövsiyə edilən diapazonda olsa da, Aİ icra hakimiyyəti kənd təsərrüfatı ilə bağlı bəzi tövsiyələri yumşaldıb. Bundan əvvəl “yaşıl” təşəbbüslərdən narazı olan fermerlərin bir neçə etirazları baş verib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *