Alimlər gecələr də günəş enerjisi istehsal edən cihaz hazırlayıb

image

ABŞ-ın Stenford Universitetinin alimləri hətta gecələr də günəş enerjisi istehsal edən cihaz hazırlayıb.

"Berpaolunanenerji.az"ın məlumatına görə, bu barədə “Applied Physics Letters” jurnalının dərc etdiyi araşdırmada deyilir.

"Termoelektrik generator" adlandırılan cihazın mahiyyəti ondan ibarətdir ki, o, havadan günəş panelinə gələn istiliyi tutmağa və onu elektrik enerjisinə çevirməyə imkan verir.

Belə ki, panellər istilik bərpa sisteminin köməyi ilə gecə saatlarında 0.05 vatt/m2 (50 millivatt/m2) elektrik enerjisi istehsal edir. Bunun üçün panellərə əlavə olaraq xüsusi bir cihaz quraşdırmaq kifayətdir.

(1 millivatt=0.001 vatt)


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *