Alimlər saçdan nazik günəş panelləri hazırlayıblar

image

Massaçusets Texnologiya İnstitutunun (MIT) alimləri istənilən səthi tez və asanlıqla enerji mənbəyinə çevirə bilən ultra yüngül günəş batareyaları hazırlayıblar.

"Renewables.az"ın xarici mətbuata istinadən verdiyi xəbərə görə, insan tükündən çox nazik olan bu çevik günəş batareyaları möhkəm, yüngül parçaya yapışdırılıb və faktiki olaraq istənilən səthə, hətta geyimə də inteqrasiya oluna bilir.

Onlar adi günəş panellərindən 100 dəfə yüngüldür, hər kiloqramda 18 dəfə çox enerji istehsal edir və çap proseslərindən istifadə etməklə yarımkeçirici mürəkkəblərdən hazırlanır.

Daha ətraflı MIT alimləri tərəfindən dərc olunan məqalədə qeyd olunub.

Alimlər mürəkkəb əsaslı materiallardan istifadə edərək, tamamilə çap yolu ilə kütləvi istehsal oluna bilən geniş ərazili nazik təbəqəli günəş batareyaları inkişaf etdirməyi hədəfləyirlər.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *