Almaniya startapı "Technaxx" yeni "günəş masası" təqdim edib

image

Almaniya startapı "Technaxx" yeni "günəş masası" təqdim edib.

Renewables.az pv-magazine portalına istinadən xəbər verir ki, masa öz səthində 410 Vt gücündə və 20,97 % gücə çevrilmə səmərəliliyinə malik monokristal günəş panellərini yerləşdirib.

Şirkətin saytında verilən məlumata görə, məhsulu 699-951 avroya satışa çıxarılıb. Masa üstü kimi istifadə edilmədikdə, enerji istehsalı üçün masa paneli 20, 30 və ya 35 dərəcə əyilə bilər.

Məhsul Wi-Fi vasitəsilə məlumatları ötürdüyü üçün onun fəaliyyəti daha sonra proqram vasitəsilə uzaqdan izlənilə bilər. Masanın ölçüləri 173 sm x 114 sm x 84 sm-dir və səkkiz nəfərə qədər uyğundur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *