Almaniyada “eyvan” elektrik stansiyaları geniş vüsət alır

image

Almaniya yeni bum növünü yaşayır. Budəfəki vəziyyət şəxsi eyvanda elektrik enerjisi istehsalı ilə bağlıdır.

Renewables.az AZƏRTAC-a istinadla xəbər verir ki, getdikcə Almaniyanın daha çox vətəndaşı öz evlərində və ya mənzillərində şəxsi kiçik günəş enerji sistemləri quraşdırırlar. Kiçik və qismən ucuz “eyvan” elektrik stansiyaları ötən ildən bəri böyük populyarlıq qazanıb. Adətən onlar bir və ya iki günəş modulu və invertordan ibarət olur. İnvertor günəş enerjisini bilavasitə rozetka ilə ötürülə biləcək məişət enerjisinə çevirir. Sonra elektrik enerjisi məişət cihazlarının işində istifadə oluna bilər. Öz növbəsində, kommunal şəbəkədən az elektrik enerjisi sərf olunur.

Cari ilin əvvəlindən bəri buna bənzər kiçik günəş cihazlarının sayı ikiqat artıb və bu da təkcə elektrik enerjisi tariflərinin bahalaşması ilə əlaqədar deyil. Federal hökumət yeni qaydaların köməyi ilə bu məsələyə yeni təkan vermək niyyətindədir. O, elektrik stansiyalarının quraşdırılmasını sadələşdirmək və bununla da bu mövzuya əlavə dəstək vermək istəyir. Ədliyyə Nazirliyinin qanun layihəsinə uyğun olaraq, quraşdırılma mənzillərin icarədarları və sahibləri üçün sadələşdirilməlidir. Onlara qurğunun quraşdırılması üçün qanuni hüquq təqdim olunmalıdır.

İqtisadiyyat Nazirliyi güc həddini 600 vattdan 800 vatta qaldırmaq, eləcə də qoşulan günəş qurğularının hesabatı üzrə öhdəliyi sadələşdirmək istəyir. Bu qurğular bir çox insana enerji keçidində fəal iştirak etmək imkanı verir. Bununla da bərpa olunan enerji mənbələrinin imkanları geniş yayılır. Sistemlərin üstünlüyü onların texniki sadəliyində, eləcə də ucuzluğundadır. Belə ki, onlar icarədarlar və ev sahibləri üçün öz günəş enerjisini əldə etməkdən ötrü dönüş nöqtəsidir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *