"Amazon" korporasiyası 2022-ci ildə ABŞ-nin 11 ştatda 133 bərpa olunan enerji layihələri üzrə portfelini 8,3 QVt artıraraq "yeni korporativ rekord" vurduğunu bildirib.
"Renewables.az" şirkətin yaydığı məlumata istinadən xəbər verir ki, bunlar müxtəlif ölçülü günəş və külək elektrik stansiyaları, o cümlədən 280 MVt gücündə bir dəniz külək stansiyası, həmçinin külək-günəş hibrid layihələridir.
Şirkət 2022-ci ilin sonunda bərpa olunan enerji portfelinin 20 QVt-ı keçdiyini açıqlayıb. Bu da 5,3 milyon evin elektrik enerjisi istehlakına bərabərdir.
22 ölkədə 401 layihə, o cümlədən 164 külək və günəş elektrik stansiyası və obyektlərində 237 damüstü fotovoltaik qurğular ildə 56 881 QVt-saat elektrik enerjisi istehsal edəcək.
Qeyd edək ki, "Amazon" 2040-cı ilə qədər xalis sıfır karbona nail olmağı öhdəsinə götürmüşdü.
Rəylər (0):