Danimarkanın "Continuum" şirkəti istismar müddəti bitmiş turbin qanadlarını təkrar emal etmək üçün Avropada 6 ədəd müəssisə inşa edəcəyini açıqlayıb.
"Renewables.az" "Renew Economy"ə istinadən xəbər verir ki, ilk belə müəssisənin 2024-cü ilin sonuna qədər Danimarkada fəaliyyətə başlaması gözlənilir.
Daha sonra Böyük Britaniya, Fransa, Almaniya, İspaniya və Türkiyədə bu cür müəssisələrin tikilməsi planlaşdırılır.
Fabriklər hər il minimum 36 min ton istismar müddəti bitmiş turbin qanadını təkrar emal etmək gücünə malik olacaq və müəssisə 100 % yaşıl enerji ilə təchiz ediləcək.
Qeyd edək ki, daha əvvəl GE (General Electric) şirkətinin törəməsi "LM Wind Power" ötən il dünyanın ilk 100 % təkrar emal olunan, 62 metrlik külək turbininin prototipini istehsal etdiyini açıqlayıb. Avqust ayında isə "Siemens Gamesa" "RecyclableBlades" adlanan ilk turbinin enerji istehsal etdiyini qeyd edib.
Rəylər (0):