Avstraliyanın ən qədim külək elektrik stansiyası yanıb

image

Avstraliyanın ən qədim külək layihələrindən biri olan "Cathedral Rocks" stansiyasında külək turbini yanıb.

"Renewables.az" yerli "Renew Economy" saytında istinadən xəbər verir ki, bu barədə məlumatı Cənubi Avstraliyanın Ölkə Yanğından Mühafizə Xidməti yayıb.

Məlumata görə, külək turbininin daxili mühərrikində alovlanma səbəbindən yanğın baş verib və turbinin iki qanadı yanıb. Turbindən çıxan dağıntılar təxminən 150 metr uzunluğunda kiçik ot yanğınına səbəb olub.

Qeyd edək ki, 2004-cü ildə tikintisi başlanılan və 2007-ci ilin may ayında fəaliyyətə başlayan külək stansiyasında hər birinin gücü 2 MVt olan 33 ədəd "Vestas" istehsalı turbinlər mövcuddur. 66 meqavat gücündə olan stansiya "EnergyAustralia" və "Acciona Energia" şirkətlərinə məxsusdur.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *