“Aydem Bərpaolunan Enerji” Türkiyənin Tokat bölgəsində qurduğu “Akıncı” SES-ə yardımçı mənbə olaraq 74,4 MVt gücündə Günəş Elektrik Stansiyası (GES) inşa edəcək.
“Berpaolunanenerji.az” şirkətə istinadən xəbər verir ki, GES-in inşasına 223,5 mln. lirə sərmayə qoyulacaq.
Layihə çərçivəsində Kelkit çayı üzərindəki 99 MVt qoyuluş gücünə sahib olan “Akıncı” SES-ə kömək mənbə olaraq günəş stansiyasından elektrik istehsalı hədəflənir.
İqtisadi ömrü 49 il olaraq dəyərləndirilən və dörd sahədə qurulması planlaşdırılan stansiyanın ildə 118,8 milyon kilovat-saat elektrik enerjisi istehsal edəcəyi gözlənilir.
Rəylər (0):