Azərbaycanda istehsal, idxal və ixrac edilən elektrik enerjisinin həcmi açıqlanıb

image

2024-cü ilin yanvar-may ayları üzrə operativ məlumatlara əsasən, ötən 5 ay ərzində respublikada elektrik enerjisinin istehsalı 11 mlrd. 231,4 mln. kVt-saat olub.

Renewables.az-a bu barədə Energetika Nazirliyindən məlumat verilib.

Bu dövrdə elektrik enerjisi istehsalı İstilik Elektrik Stansiyalarında (İES) 9 mlrd. 685,6 mln. kVt-saat, Su Elektrik Stansiyalarında keçən ilin müvafiq dövrünə nisbətən 525 mln. kVt-saat artımla 1 mlrd. 197,3 mln. kVt-saat, digər mənbələr üzrə isə ötən ilin müvafiq dövrü ilə müqayisədə 189,4 mln. kVt-saat artımla 348,5 mln. kVt-saat təşkil edib.

5 ay ərzində külək elektrik stansiyalarında (KES) 26,3 mln. kVt-saat, günəş elektrik stansiyalarında (GES) ötən ilin müvafiq dövrünə nisbətən 181 mln. kVt-saat artımla 206,5 mln. kVt-saat, Bərk Məişət Tullantılarının Yandırılması Zavodunda isə 115,7 mln. kVt-saat elektrik enerjisi istehsal edilib.

Hesabat dövründə elektrik enerjisinin istehsalı “Azərenerji” ASC üzrə 9 mlrd. 900,6 mln. kVt-saat (İES-lərdə 8 mlrd. 789,5 mln. kVt-saat, SES-lərdə 1 mlrd. 111,1 mln. kVt-saat), Naxçıvan MR Dövlət Energetika Xidməti üzrə 177,3 mln. kVt-saat (İES-lərdə 73,9 mln. kVt-saat, SES-lərdə 79,2 mln. kVt-saat, GES-lərdə 24,2 mln. kVt-saat), “Azərişıq” ASC üzrə külək elektrik stansiyalarında 19,2 mln. kVt-saat, müstəqil elektrik stansiyaları üzrə isə 1 mlrd. 134,3 mln. kVt-saat təşkil edib.

Yanvar-may ayları üzrə elektrik enerjisinin ixracı 426,8 mln. kVt-saat, idxalı isə 80,9 mln. kVt-saat olub.

Qeyd edək ki, 2024-cü ilin may ayında respublika üzrə elektrik enerjisinin istehsalı 1 mlrd. 999,5 mln. kVt-saat olub. Bu ayda elektrik enerjisinin ixracı 20,4 mln. kVt-saat, idxalı isə 19 mln. kVt-saat təşkil edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *