Türkiyədə elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı durmadan artır. Təkcə bu ilin birinci yarısında bərpa olunan enerji mənbələrinin ölkə iqtisadiyyatının artımına töhfəsi 4,8 milyard ABŞ dolları təşkil edib.
Renewables.az xəbər verir ki, bu barədə Türkiyənin Energetika və Təbii Sərvətlər Nazirliyi məlumat yayıb.
Nazirliyin sosial şəbəkələrdəki paylaşımında bildirilib ki, bərpa olunan enerji mənbələri sayəsində ölkənin enerji sektorunda təhlükəsizliyi gücləndirilir.
Məlumata görə, bərpa olunan enerji mənbələri hesabına bu ilin ilk 6 ayında ölkəyə qaz idxalını 14,5 milyard kubmetr azaltmaq mümkün olub.
Türkiyə hökuməti daha əvvəl bəyan etmişdi ki, 2035-ci ilə qədər bərpa olunan enerji sektorunun inkişafına 73 milyard dollar sərmayə qoymağı planlaşdırır.
Rəylər (0):