Bərpa olunan enerji sahəsində kadr böhranı müşahidə olunur – IEA

image

Qlobal miqyasda istehsalat sahələri arasında ən böyük kadr böhranı bərpa olunan enerji sahəsində müşahidə olunur.

Renewables.az Beynəlxalq Enerji Agentliyinin (IEA) məlumatına istinadən xəbər verir ki, 2030-cu ilədək bu sektorda 30 milyon işçi çalışacaq.

Bütün Avropa ölkələrində bu sahə üzrə kadrlar hazırlansa da, vakant yer sayı məzunların sayını üstələyir. Bir çox ölkədə bu sektorda təhsil alanlar elə tələbə ikən işə götürülür.

Ən ciddi kadr tələbatı külək enerjisi mütəxəssislərinədir. Əvvəllər mühəndislik qadınların marağına çox səbəb olmasa da, bərpa olunan enerji sahəsində təhsil alan qadınların sayı ilbəil artır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *