Gələn il dünyada istehsal olunacaq elektrik enerjisinin üçdə birinin bərpaolunan enerji mənbələrindən əldə ediləcəyi və hava şəraitinin də təsiri ilə bu mənbələrin kömürü üstələyərək ən böyük elektrik enerjisi istehsalı mənbəyinə çevriləcəyi proqnozlaşdırılır.
Renewables.az xarici KİV-lərə istinadla xəbər verir ki, Asiyada kömürdən elektrik enerjisi istehsalı artsa da, Avropa və ABŞ-da azalma bu artımı kompensasiya edəcək.
Qalıq yanacaqlardan elektrik enerjisi istehsalı struktur olaraq azalma tendensiyasına girir. Bununla da, qarşıdakı illərdə qlobal elektrik enerjisinə tələbatı bərpaolunan enerji mənbələri ödəyəcək.
Bərpaolunan mənbələrdən istehsalın artması nəticəsində 2024-cü ildə alternativ enerjinin qlobal elektrik enerjisi istehsalındakı payının 33 faizi keçəcəyi bildirilib. Bu artımla 2024-cü ildə dünyanın ən böyük elektrik istehsal mənbəyi kimi kömürün yerini bərpaolunan mənbələrin alacağı proqnozlaşdırılır. Bu artımda hava şəraiti də mühüm rol oynayır.
Rəylər (0):