Beynəlxalq Enerji Agentliyi (IEA) aprelin 26-da Parisdə "İnsan yönümlü təmiz enerjiyə keçid" qlobal konfrans-sammit təşkil edəcək.
Renewables.az agentliyə istinadən xəbər verir ki, sammitdə təmiz və ədalətli enerji keçidinin təmin olunması üçün mühüm problemlər və imkanlar, o cümlədən, kadr məsələləri, sosial və iqtisadi inkişaf, sosial inteqrasiya, gender bərabərliyi, eləcə də, sözügedən proseslərdə dünya ictimaiyyətinin iştirakı nəzərdən keçiriləcək.
"Konfransın işində bir sıra nazirlərin, nüfuzlu siyasətçilərin, həmkarlar ittifaqlarının liderlərinin, enerji şirkətlərinin nümayəndələrinin, gənclər və beynəlxalq ekspertlərin nümayəndələrinin iştirakı gözlənilir. Onlar üçün ədalətli və inklüziv enerji keçidinin əsasında duran mühüm sosial-iqtisadi problemlər üzrə mühüm müzakirələrdə iştirak etmək imkanı yaradılacaq", - deyə IEA-nın məlumatında qeyd olunub.
Sessiyalarda müzakirə olunacaq məsələlər arasında əhalinin bütün təbəqələri üçün maksimum fayda əldə etmək məqsədilə təmiz enerji sahəsində strategiyanın hazırlanması, ekoloji cəhətdən təmiz enerjiyə keçidə ictimai dəstək də yer alacaq.
Rəylər (0):