BMT Baş katibi: “Bərpa olunan enerji resursları üzərində təcili işləmək lazımdır”

image

BMT Baş katibi Antonio Quterreş enerji effektivliyi və bərpaolunan enerji resurslar üzərində işləməyin təcili olduğunu bəyan edib.

Renewables.az "Report"a istinadla xəbər verir ki, BMT Baş katibi bunu Dubayda keçirilən İqlim Dəyişikliyi üzrə BMT konfransı - COP28 çərçivəsində deyib.

Onun sözlərinə görə, indi bu məsələ ilə bağlı həll yolları üçün kompromis axtarmağın zamanıdır.

“Qlobal çağırışlara cavab vermək üçün çoxtərəfliyin önımini COP28 bir daha sübut etdi. Dekarbonizasiya yeni işlər yaradacaq, amma bununla belə cəmiyyətlərin müəyyən təbəqələri mənfi nəticələrə məruz qala bilər ki, bu istiqamətdə də hökumətlər bu təbəqlərə sosial iqtisadi dəstək verməlidir, bununla bağlı plan hazırlamalıdır”, - o deyib.

A.Quterreş inkişaf etmiş ölkələrin inkişaf etməkdə olan ölkələrə bu mənada yardım etməli, maliyyə dəstəyi verməli olduğunu vurğulayıb.

BMT Baş katibi COP28-də əldə olunan konsesusları alqışlayıb və qeyd edib ki, ölkələr milli iqlim planı hazırlamalıdırlar:

“İqlim dəyişikliyi ilə mübarizə çərçivəsində beynəlxalq çoxtərəfli bankların yaradılması vacibdir. Bu banklar iqlim dəyişikliyi ilə mübarizədə yardıma ehtiyacı olan ölkələrə yardım edə bilər”.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *