Bolqarıstanda 19 QVt gücündə yeni stansiyalar tikiləcək

image

Yaxın 10 ildə Bolqarıstanda 19 000 meqavatdan çox yeni stansiyalar tikiləcək.

Renewables.az Radio Bulgaria-ya istinadən xəbər verir ki, bu barədə ölkənin Elektrik Sistemi Operatoru məlumat yayıb.

Bildirilib ki, stansiyaların 90 %-i günəş, külək və su elektrik stansiyaları, yeni yaradılacaq bərpa olunan enerji güclərinin 85 faizi günəş elektrik stansiyaları hesabına olacaq.

Açıqlamada qeyd olunub ki, plana mürəkkəblik və uzun tikinti prosesi səbəbindən yeni nüvə enerjisi imkanları daxil edilməyib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *