bp Yaponiyanın pərakəndə enerji bazarına daxil olub.
Renewables.az Reuters agentliyinə istinadla xəbər verir ki, enerji şirkətinə çevrilməyə fokuslanan bp, bu addımının elektrik və bərpa olunan enerji də daxil olmaqla bir neçə investisiya sahəsini genişləndirmək planının tərkib hissəsi olduğunu bildirib.
60 ildən artıqdır ki, Yaponiyaya mayeləşdirilmiş təbii qaz (LNG), xüsusilə, neft və neft məhsulları, sürtkü materialları tədarük edən bp yaxın onilliklərdə aşağı karbonlu enerji sektorunu genişləndirərək yeni bir biznes modeli planlaşdırır.
Yeni biznes modelini bp-yə bağlı “bp Energy Japan” (BPEJ) idarə edəcək.
Rəylər (0):