Britaniyada bərpa olunan enerji istehsalı rekord səviyyəyə çatıb

image

Böyük Britaniya hökuməti tərəfindən dərc edilən statistikaya görə, ötən il bərpa olunan enerji istehsalı rekord səviyyəyə çatıb.

Renewables.az renews.biz saytına istinadən xəbər verir ki, bu barədə Enerji Təhlükəsizliyi və Xalis Sıfır Departamenti yeni statistikaları açıqlayıb.

Ölkədə ümumi elektrik enerjisi istehsalında yaşıl enerjinin payı 46,4 % (2022-ci ildə 41,5 %) təşkil edib ki, bu da rekord göstəricidir. İl ərzində bərpa olunan enerji mənbələrinin istehsalı 135 milyard kilovat-saat olub.

Külək enerjisi Britaniyanın ən böyük təmiz enerji mənbəyi olaraq qalır. Ötən il külək enerjisi istehsalı ümumi elektrik enerjisi istehsalının 28,1 %-ni (82,3 milyard kilovat-saatla rekord göstərici), yaşıl enerji istehsalının isə 60 %-ni təşkil edib. Külək enerjisi istehsalının 49,7 milyard kilovat-saatı və ya 17 %-i dənizdə olan stansiyalardan olub (quruda külək enerjisi 11,1 %).


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *