Çin Daxili Monqolustanda nəhəng bərpa olunan enerji "şəhərciyi" inşa edəcək

image

Çinin dövlətə məxsus "China Three Gorges" korporasiyasının "China Three Gorges Renewables" bölməsi Daxili Monqolustan Muxtar Rayonunun Kubuqi səhrasında 16,5 giqavat gücündə nəhəng bərpa olunan enerji "şəhərciyi" tikmək planını açıqlayıb.

Renewables.az pv-magazine portalına istinadən xəbər verir ki, "şəhərcik" 8 giqavat günəş fotovoltaik, 4 giqavat külək, 200 meqavat günəş istilik, 4 giqavat kömür (elektriki tənzimləmə üçün), 200 meqavat batareya enerji saxlanc sistemi komponentlərindən ibarət olacaq. 

Milli İnkişaf və İslahat Komissiyası (NDRC) və Milli Enerji Administrasiyası (NEA) 79,79 milyard CNY (11 milyard ABŞ dollar) dəyərində olan layihəyə rəhbərlik edir.

Layihəni yaradılacaq birgə müəssisə maliyyələşdirəcək, "China Three Gorges Renewables" şirkəti 56 % və Daxili Monqolustandan olan regional enerji qrupu 44 % paya sahib olacaq. Ümumi investisiyanın 80 %-i bank kreditləri və maliyyə lizinqləri hesabına maliyyələşdiriləcək.

Layihənin tikintisinə bu ilin sentyabrında başlanacağı planlaşdırılır, 2027-ci ilin iyununda başa çatdırılması və şəbəkəyə qoşulması gözlənilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *