Çinin ötən il fotovoltaik məhsullar ixracı əvvəlki illə müqayisədə 60 faiz çoxalaraq 28,4 milyard ABŞ dollarına çatıb.
"Berpaolunanenerji.az" Çinin Sənaye və İnformasiya Texnologiyaları Nazirliyinin açıqlamasına istinadla xəbər verir ki, ixracın bu cür çoxalmasının əsas səbəbi dünyada iqlim dəyişikliyi ilə bağlı məsələlərin həllinə yönələn səylərin artmasıdır.
Çin günəş panellərinin istehsal etdiyi elektrik enerjisinin həcminə görə də dünyada ilk sıradadır. Ötən il Çində 53 QVt gücündə günəş enerjisi istehsal olunub.
Qeyd edək ki, Çin alternativ və bərpaolunan enerji mənbələrindən əldə olunan enerjinin miqdarını 2060-cı ilədək ümumi elektrik enerjisi həcminin 80 faizinə çatdırmağı hədəfləyib.
Hökumət 2030-cu ilədək günəş və külək generasiyasının gücünü 1200 QVt-a çatdırmağı planlaşdırıb.
Rəylər (0):