Çinin bərpa olunan enerji istehsalı artıb

image

Çinin bərpa olunan enerji istehsalı artıb.

"Renewables.az" Sinxua agentliyinə istinadən xəbər verir ki, bu barədə Milli Enerji Administrasiyası məlumat yayıb.

Məlumata görə, bu ilin yanvar-fevral aylarında günəş enerjisi istehsalının illik bazada 30,8 faiz artaraq 410 milyon kilovat-saata, külək enerjisi istehsalının isə 11 faiz artaraq 370 milyon kilovat-saata çatdığını bildirilir. Sözügedən dövrdə elektrik enerjisinin ümumi istehsal gücü 8,5 faiz artaraq 2,6 milyard kilovat-saata çatıb. Ümumi elektrik enerjisi istehsalında günəş enerjisinin payı 15,7 faiz, külək enerjisinin payı isə 14,2 faiz təşkil edib.

Qeyd edək ki, iqlim hədəflərinin bir hissəsi olaraq Çin 2030-cu ilə qədər karbon emissiyalarını azaltmağı və 2060-cı ilə qədər "sıfır karbon" olmağı hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *