Çin Milli Enerji Administrasiyasının məlumatına görə, cari ilin 11 ayında ölkədə bərpaolunan mənbələrdən enerji istehsalı artıb.
"Berpaolunanenerji.az" xəbər verir ki, bu barədə "Sinxua" agentliyi məlumat yayıb.
Belə ki, günəş enerjisi 29,4 % artaraq 370 milyon kilovat-saata, külək enerjisi istehsalı isə 15,1 % artaraq 350 milyon kilovat-saata çatıb. Ümumi elektrik enerjisi istehsalında günəş enerjisinin payı 14,7 %, külək enerjisinin payı isə 13,9 % təşkil edib.
İqlim hədəflərinin bir hissəsi olaraq Çin 2030-cu ilə qədər karbon emissiyalarını azaltmağı və 2060-cı ilə qədər "sıfır karbon" olmağı hədəfləyir.
Rəylər (0):