EIA: 54,5 qiqavat enerji gücü quraşdıracaq, bunun 82 faizi yaşıl enerji mənbələridir

image

2023-cü ildə ABŞ elektrik şəbəkəsinə 54,5 giqavat istehsal gücü əlavə etməyi planlaşdırır.

"Renewables.az" ABŞ Enerji İnformasiya Administrasiyasının məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, bu gücün yarıdan çoxu, 29,1 QVt-ı (54 %) günəş enerjisi, 9,4 QVt-ı (17 %) enerji saxlanc sistemləri, 6 QVt-ı (11 %) külək enerjisi olacaq.

2022-ci ilə qədər təxirə salınmış günəş enerjisi layihələrindən bəziləri 2023-cü ildə reallaşdırılacaq. Quraşdırılacaq günəş enerjisi gücünün 7,7 QVt-ı Texas, 4,2 QVt-ı isə Kaliforniya ştatında həyata keçiriləcək ki, bu da ümumi quraşdırılacaq günəş enerjisi gücünün 41 %-ni təşkil edəcək.

2023-cü ildə ABŞ-nin enerji saxlanc sistemləri iki dəfədən çox artacaq. Belə ki, mövcud 8,8 QVt saxlanc sistemlərinin gücü 9,4 QVt artırılacaq.

Batareya saxlama sistemləri külək və günəş enerjisi layihələri ilə getdikcə daha çox quraşdırılır. 2023-cü ildə yeni enerji saxlanc sistemlərinin 71 %-i Kaliforniya və Texasda olacaq külək və günəş enerjisi layihələrindən reallaşdırılacaq.

Ən çox külək enerjisi gücü Texasda, 2,0 QVt gücündə quraşdırılacaq. Bu il fəaliyyətə başlaması gözlənilən 130 MVt-lıq "South Fork Wind" adlı yeganə dəniz külək elektrik stansiyası Nyu-Yorkda yerləşir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *