"Enerjisa" külək turbini istehsalçısı "Nordex"lə anlaşma imzalayıb

image

Türkiyənin “Enerjisa Enerji” şirkəti Almaniyanın külək turbini istehsalçısı “Nordex”lə anlaşma imzalayıb.

"Berpaolunanenerji.az"ın Türkiyə mətbuatına istinadən verdiyi xəbərə görə, şirkət Kayseri bölgəsində 65 MVt gücündə külək elektrik stansiyası inşa edəcək.

Stansiyada “Nordex”in 12 ədəd N163 turbinləri qurulacaq. “Cold Climate Version” (Soyuq İqlim Versiyası) tipli turbinlər Türkiyədə ən böyük rotor diametrinə (qanadların diametri) sahibdir.

Təqribən 70 milyon dollar yatırılan stansiya bu ilin sonunda istismara veriləcək.

“Enerjisa”nın icraçı direktoru İhsan Erbil Bayçöl açıqlamasında, şirkətin toplam qoyuluş gücünün 3 672 MVt-a çatdığını bildirib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *