Farer Adalarında dalğa enerjisindən istifadə ilə bağlı yol xəritəsi hazırlanıb

image

İsveçin Minesto şirkəti Farer Adalarında dalğa enerji texnologiyalarının inkişafı ilə bağlı yol xəritəsi hazırlayıb.

Renewables.az Offshore Wind portalına istinadən xəbər verir ki, bundan əvvəl yol xəritəsində 120 meqavatlıq dalğa enerji texnologiyalarının tətbiqi nəzərdə tutulurdusa bu güc 200 meqavata qədər artırılıb.

"Sualtı qayıq" formasında olan qurğular (Dragon 4 və Dragon 12) vasitəsilə okeanda enerji əldə edilir. Qurğuların gücü 40 kilovat və 1,2 meqavatdır.

Qeyd edək ki, Farer Adalarında 2030-cu ilədək 100 % bərpa olunan enerjidən istifadə hədəflənir.

Şirkətin təklif etdiyi yol xəritəsinə əsasən, 7 ərazidə enerji istehsal edəcək qurğuların ümumi gücü 200 meqavat olacaq və adaların enerji tələbatının 40 %-ni qarşılaya biləcək.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *