Temza çayında qabarma və çəkilmə enerjisi texnologiyasından istifadə ediləcək

image

Londonun Limanı (PLA) tərəfindən, Temza çayının xüsusi bir hissəsində qabarma və çəkilmə enerjisi texnologiyalarının sınağı üçün icazə verilib.

Sınaqlar Londonun cənub-qərbindəki Temzamid və Vulviç rayonları arasında həyata keçiriləcək.

PLA-nın rəsmisi Tanya Ferri qabarma-çəkilmə turbin texnologiyasının uyğun seçim olması ehtimalını aşağı qiymətləndirsə də, Temzada digər texnologiyaların sınağı üçün fürsətlərin olacağını söyləyib.

"Ocean Energy Europe" açıqladığı rəqəmlərə görə, ötən il Avropada qabarma və çəkilmə enerjisi üzrə 260 kilovat yeni güc əlavə olunub.

Mənbə: CNBC

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *