Türkiyə özünün ilk dünyanın isə ən böyük dalğa enerji stansiyasını inşa edəcək.
"Renewables.az" Anadolu Agentliyinə istinadən xəbər verir ki, stansiya Ordu sahillərində qurulacaq.
Bu ilin yazında inşasına başlanılacaq stansiyanın gücü 77 meqavat olacaq. Stansiya bir il ərzində inşa olunaraq istifadəyə veriləcək.
Yaxın zamanlarda Enerji və Təbii Mənbələr Nazirliyinin dalğa enerjisi ilə bağlı yol xəritəsini təqdim edəcəyi gözlənilir.
Qeyd edək ki, Beynəlxalq Bərpa Olunan Enerji Agentliyinin (IRENA) hesabatına görə, dünyada dalğa enerjisinin qoyuluş gücü 524 meqavatdır.
Rəylər (0):