Fransanın "Credit Agricole" bankı İtaliyanın "Edison Renewables" enerji şirkətinin 49 % hissəsini satın alıb.
"Berpaolunanenerji.az" "Reuters"ə istinadən xəbər verir ki, bu barədə tərəflər anlaşma imzalayıb.
Anlaşmaya görə, Fransa bankı şirkətin günəş və külək enerjisi güclərinin 2030-cu ilə qədər 4 QVt-a çatdırmasına töhfə verəcək.
Qeyd edək ki, "Edison Renewables" şirkətinin bərpaolunan enerji gücü 1,1 QVt-dır.
Rəylər (0):