Fransa Çin günəş panellərinin Aİ-yə tədarükünə qadağa qoyulmasını istəyir

image

Fransanın üç naziri Avropa Komissiyasına (AK) Avropa bazarını təcili olaraq Çin günəş panelləri istehsalçılarına bağlamaq tələbi ilə müraciət hazırlayıb.

Renewables.az “Report”a istinadən xəbər verir ki, bu barədə Le Figaro qəzeti məlumat yayıb.

Müvafiq məktub artıq ölkənin iqtisadiyyat, maliyyə, sənaye və rəqəmsal suverenlik naziri Bryuno Le Mer, Fransanın enerji keçid naziri Anyes Panıye-Ryunaşe və Fransada sənaye üzrə məsul nazir Roland Leskyur tərəfindən hazırlanıb.

Onlar iddia edirlər ki, təşəbbüs Çin təchizatçıları ilə rəqabət apara bilməyən Avropa günəş panelləri istehsalçılarının kütləvi müraciətləri fonunda yaranıb.

Fransa nazirləri Ümumdünya Ticarət Təşkilatına üzv olan ölkəyə yerli sənayenin zərər çəkdiyi və ya ciddi ziyan vurması riski ilə üzləşdiyi təqdirdə məhsulun idxalına dair çoxtərəfli güzəştləri müvəqqəti dayandırmağa imkan verən Tariflər və Ticarət üzrə Baş Sazişin 19-cu maddəsinə istinad etməyi təklif edirlər.

Aİ üçün təhlükə ABŞ və Hindistan hakimiyyətinin Çin günəş paneli təchizatçılarına artıq tətbiq etdiyi məhdudiyyətlər fonunda baş verir. Nəticədə, onlar ixracatlarını Avropaya yönləndirdilər və 2022-ci ildə artan enerji qiymətləri fonunda tələbin kəskin artmasından sonra 2023-cü ildə böyük məhsul ehtiyatları topladılar və indi onları endirimlərlə satırlar. Çin şirkətlərinin Avropa anbarlarında təxminən 200 milyon günəş paneli topladığı iddia edilir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *