G7 ölkələri iqlim hədəflərinə çatmaq məqsədilə bərpa olunan enerjinin gücünü artırmaq barədə razılığa gəlib

image

G7 ölkələri – Kanada, Fransa, Almaniya, İtaliya, Yaponiya, Böyük Britaniya və ABŞ-nin iqlim, enerji və ətraf mühit nazirlərinin Yaponiyanın Sapporo şəhərində iki günlük görüşləri keçirilib. Görüşlərdə G7 ölkələrinin nazirləri qlobal istiləşmənin 1,5 °C ilə məhdudlaşdırılması, bərpa olunan enerji mənbələrinin tətbiqi ilə bağlı narahatlıqlarını qeyd ediblər.

Renewables.az IRENA-ya istinadla xəbər verir ki, görüşün sonunda bəyannaməyə qəbul edilib.

Bəyannaməyə görə, üzv ölkələr 2030-cu ilə qədər dənizdə külək enerjisi gücünü 150 qiqavata və günəş enerjisi gücünü 1 teravata qədər artırmağı öhdəsinə götürüb. Enerji sistemlərində 2050-ci ilə qədər "xalis sıfır emissiya"ya çatmaq üçün "qalıq yanacaqların mərhələli şəkildə dayandırılması" qəbul edilib.

Kömürdən istifadəyə gəldikdə isə, üzv ölkələr "əsasən" karbonsuzlaşdırılmış elektrik enerjisi sektoruna nail olmaq öhdəliyinin bir hissəsi kimi "yerli, azalmayan kömür enerjisi istehsalının" mərhələli şəkildə dayandırılmasını sürətləndirmək üçün "konkret və vaxtında atılacaq addımlar"ı prioritetləşdirməyə razılaşıblar, lakin tarixdə razılaşma əldə edilməyib. Nəqliyyat vasitələrindən karbon qazı emissiyalarını 2000-ci illə müqayisədə ən geci 2035-ci ilə qədər minimum 50 faiz azaltmaq barədə razılığa gəliblər. Təbii qaz istehlakının azaldılmasının zəruriliyi vurğulanmaqla yanaşı, bu sektora qoyulacaq investisiyaların potensial enerji kəsirlərinin aradan qaldırılmasına kömək edə biləcəyi də bildirilib.

Görüşlərdə Avropa İttifaqının nümayəndələri də iştirak edib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *