“GE” Türkiyədəki müəssisəsində 1111-ci turbin qanadını istehsal edib

image

“GE Bərpaolunan Enerji”nin LM Wind Power şirkəti, Türkiyənin İzmir şəhərinin Berqama əyalətindəki müəsisəsində istehsal etdiyi külək turbini qanadlarının sayını 1111-ə çatdırıb.

“Berpaolunanenerji.az” şirkətə istinadən xəbər verir ki, 2017-ci ildə fəaliyyətə başlayan müəssisənin istehsal etdiyi turbin qanadlarının gücü 1,58 QVt-a çatıb.

LM Wind Power-in İzmir müəsisəsinin direktoru Əmrə Kahya müəsisədə çalışan işçilərinin imza atdığı uğurlarla qürur duyduğunu bildirib. “Müəssisəmizin sürətli inkişafı və böyüməsi bizi həyəcanlandırır”, - deyə müəssisə direktoru bildirib.

LM Wind Power-in İzmirdəki təsisi dünyanın dörd tərəfindən edilən sifarişləri qarşılayır. Şirkətin Braziliya, Kanada, Çin, Hindistan, Polşa, İspaniya, Fransa, ABŞ və Türkiyədə turbin qanadı təsisləri var.

Qeyd edək ki, “GE” 1978-ci ildən başlayaraq bu günə qədər 241 min turbin qanadı istehsal edib. İstehsal edilən qanadların ümumi gücü isə 121 QVt-dan çoxdur.

LM Wind Power 2018-ci ildə külək enerjisi sektorunda sıfır karbon adını qazanan ilk şirkətdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *