"Turkcell" ilk günəş enerjisi layihəsini həyata keçirib

image

Türkiyənin mobil operatoru "Turkcell" 6,4 meqavat gücündə ilk günəş enerjisi layihəsini həyata keçirilib.

Renewables.az "Solar Gazete"yə istinadən xəbər verir ki, stansiya Uşak əyalətində yerləşdir.

Bununla şirkət, 2026-cı ilə qədər stansiyanın qoyuluş gücünü 300 MVt-a, investisiyanın həcmini isə 240 milyon dollara qədər artırmağı planlaşdırır. Şirkət ölkənin 7 əyalətində günəş elektrik stansiyalarına investisiyalarını davam etdirir və indiyədək 740 baza stansiyasına günəş panelləri quraşdırıb.

Bildirilir ki, "Turkcell" şirkəti 2026-cı ildə istehlak etdiyi elektrik enerjisinin 65 faizini bərpa olunan mənbələrdən əldə etməyi və 2050-ci ildə xalis sıfıra çatmağı hədəfləyir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *