İsveç hökuməti müdafiə ilə bağlı narahatlıqlar səbəbilə Baltik dənizində külək enerjisi layihələri ilə bağlı 13 müraciəti rədd edib.
Renewables.az Offshore Wind saytına istinadən xəbər verir ki, hökumət Baltik dənizində, Aland dənizinin cənubunda ümumi gücü təqribən 32 giqavat olan külək layihələrinin ləğv edildiyini elan edib.
Məlumatda bildirilib ki, hökumət mövcud geosiyasi vəziyətlə bağlı İsveçin hərbi müdafiəsi üçün sözügedən layihələrin qurulmasından imtina edib.
Beləliklə, İsveç "OX2" şirkətinin 5,5 GVt Aurora, 3,1 GVt Neptunus, 1 GVt Pleione və 1,4 GVt Triton layihələri, "Eolus" şirkətinin 1,4 GVt Arkona və 2,2 GVt Skibladner, Danimarkanın "Ørsted" şirkətinin 1,5 GVt Skåne, "RWE"nin 2 GVt Södra Victoria, "Statkraft"-ın 2,5 GVt Baltic Offshore Beta və 2,1 GVt Baltic Offshore Delta North və digər dənizdə külək layihələrindən imtina edib.
Rəylər (0):