Qətər və Fransa şirkətləri İraqda günəş elektrik stansiyası tikəcək

image

Qətərin "QatarEnergy" və Fransanın "TotalEnergies" şirkətləri İraqda 1,25 giqavat gücündə günəş elektrik stansiyası tikəcək.

Renewables.az PV Tech saytına istinadən xəbər verir ki, stansiya ölkənin Bəsrə bölgəsində yerləşəcək.

2025-2027-ci illərdə inşa olunacaq stansiyada 2 milyon ədəd yüksək səmərəli ikiüzlü (bifacial) günəş panelləri quraşdırılacaq. Stansiyanın Bəsrə bölgəsindəki 350 min evi elektrik enerjisi ilə təmin edəcəyi proqnozlaşdırılır.

Qeyd edək ki, ötən günlərdə "QatarEnergy" günəş enerjisi layihəsinə daxil olmaq üçün "TotalEnergies" ilə tərəfdaşlıq müqaviləsi imzalayıb. Tənzimləyicilərin təsdiqinə tabe olan müqavilənin şərtlərinə əsasən, "QatarEnergy" günəş fotovoltaik layihəsində 50 % pay əldə edəcək, "TotalEnergies" isə qalan 50 %-ni özündə saxlayacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *