ABŞ-ın texnologiya şirkəti Google, Almaniyadakı iki data mərkəzinə və bərpaolunan enerjinin inkişafına 1 milyard avro yatırım edəcəyini açıqlayıb.
“Berpaolunanenerji.az” xəbər verir ki, bu barədə şirkətin rəsmisi Mark Oman açıqlamasında bildirib.
Açıqlamaya görə, şirkət Berlin və Frankfurtdakı data mərkəzlərinə və bərpaolunan enerjiyə 2030-cu ilə qədər 1 milyard avro sərmayə yatıracaq.
M.Oman həmçinin, gələcəkdə Google-ın data mərkəzləri üçün Fransanın “Engie” enerji şirkətindən 140 meqavatdan çox elektrik enerjisi satın alacağını, 2030-cu ilə qədər data mərkəzlərində bərpaolunan enerjidən 100 faiz istifadə ediləcəyini bildirib.
Rəylər (0):