Hollandiyanın elektrikli avtomobil istehsalçısı "Lightyear" dünyanın günəş enerjisi ilə işləyən ilk hibrid avtomobili təqdim edib.
"Berpaolunanenerji.az" "Business Insider"ə istinadən xəbər verir ki, avtomobil günəş enerjisi ilə bir gündə 71 km yol qət edə bilir.
"Lightyear 0" adlandırılan günəş enerjili avtomobil bu ilin sonundan başlayaraq cəmi 946 ədəd istehsal ediləcək.
Qeyd edək ki, avtomobilin dəyəri 263 min avrodur.
Rəylər (0):