Gürcüstan Hökuməti üç külək və beş su elektrik stansiyası tikmək niyyətindədir

image

Gürcüstan Hökuməti ölkənin müxtəlif regionlarında, o cümlədən Samtsxe-Cavaxeti, Kaxeti, Şida Kartli və İmeretidə üç külək və beş su elektrik stansiyası tikmək niyyətindədir.

Renewables.az-ın xarici KİV-ə istinadən məlumatına görə, bu məsələ Gürcüstanın Baş naziri İrakli Qaribaşvilinin rəhbərliyi ilə hökumətin oktyabrın 23-də keçirilən iclasında müzakirə olunub.

Bildirilib ki, İqtisadiyyat Nazirliyinin təşəbbüsü ilə təqdim olunan enerji stansiyalarının gücü 250 MVt-dan, investisiyaların ümumi həcmi isə 400 milyon ABŞ dollarından artıqdır.

Sözügedən elektrik stansiyalarının tikintisi ilə əlaqədar investor şirkətləri ilə müvafiq müqavilələr imzalanacaq, onların əsasında layihələrin texniki-iqtisadi əsaslandırılması öyrəniləcək, daha sonra tikinti işlərinə başlanacaq.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *