Gürcüstan "Masdar"la bərpa olunan enerji layihələrini müzakirə edib

image

Gürcüstan Baş nazirin müavini, iqtisadiyyat və davamlı inkişaf naziri Levan Davitaşvili bərpaolunan enerji layihələrinin gələcək inkişafı məsələlərini müzakirə etmək üçün Gürcüstanda olan "Masdar"ın nümayəndə heyəti ilə görüşüb.

"Berpaolunanenerji.az" bu barədə ölkənin Birinci Kanalına istinadən xəbər verir.

İqtisadiyyat Nazirliyinin məlumatına görə, görüşdə nazir müavini Romeo Mikautadze və Gürcüstanın Energetikanın İnkişafı Fondunun direktoru Qiorqi Çikovani də iştirak ediblər.

Agentliyin məlumatına görə, ötən ilin sonunda Gürcüstanın Enerji İnkişafı Fondu ilə ABU DHABI FUTURE ENERGY COMPANY PJSC – MASDAR arasında Gürcüstanda gücü 100 MVt-a qədər olan günəş PV layihəsinin birgə işlənməsi haqqında saziş imzalanıb. Razılaşmaya əsasən, tərəflər günəş elektrik stansiyası layihəsinin gələcək inkişafı üçün texniki, kommersiya və maliyyə fəaliyyətlərini həyata keçirəcəklər.

İqtisadiyyat Nazirliyi qeyd edir ki, sazişin imzalanmasından əvvəl “Masdar” şirkətinin sərmayələr və biznesin inkişafı üzrə direktorunun Gürcüstana səfəri baş tutub, burada tərəflər gələcək əməkdaşlıq məsələlərini müzakirə ediblər. Masdar Birləşmiş Ərəb Əmirliklərinin ən böyük investisiya holdinqi olan Mubadala-nın aparıcı investisiya şirkətlərindən biridir və bərpa olunan enerji və davamlı şəhər inkişafı, beynəlxalq bazarda bərpa olunan enerji layihələrinin hazırlanması və təmiz texnologiyalarda innovasiyaların təkmilləşdirilməsi sahəsində qlobal liderdir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *