IEA qlobal bərpa olunan enerji gücü artımının 85 faizinin 31 ölkədə reallaşacağını proqnozlaşdırır

image

2028-ci ilə qədər qlobal bərpa olunan enerji mənbələri üzrə gözlənilən artımın 85 faizinin Çin, ABŞ, Hindistan, Braziliya və Avropa İttifaqı (Aİ) da daxil olmaqla dünyanın 31 ölkəsində reallaşacağı proqnozlaşdırılır.

Renewables.az-ın məlumatına görə, Beynəlxalq Enerji Agentliyi (IEA) qlobal bərpa olunan enerji mənbələrinin qoyuluş gücünün 2028-ci ilə qədər 3 700 qiqavat artaraq 7 300 qiqavata çatacağını ehtimal edir.

Bu artımın 73 faizi təkcə günəş enerjisindən əldə ediləcəyi halda, günəş enerjisindəki artımın 42 faizi damlarda quraşdırılan günəş enerji sistemləri hesabına olacaq. Günəş və külək enerjisi birlikdə 2028-ci ilə qədər proqnozlaşdırılan artımın 95 faizini təşkil edəcək. 

Dünyada elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrinin payı 2022-ci ildəki 29 faizdən 2028-ci ilə qədər 42 faizə yüksələcək. 2030-cu ilə qədər isə qlobal bərpa olunan enerji mənbələri qoyuluş gücünün 9 130 qiqavata çatacağı təxmin edilir. Bu gücün həcmi COP28-də  qlobal bərpa olunan enerji potensialının üç dəfə artırılaraq 11 min qiqavata çatdırmaq məqsədindən aşağıdır. 

Qlobal elektrik enerjisinə olan tələbat 2023-cü ildə inkişaf etmiş iqtisadiyyatlarda istehlakın azalması ilə əlaqədar olaraq 2,2 faiz olsa da, 2024-2026-cı illərdə qlobal iqtisadi vəziyyətin yaxşılaşması səbəbindən 3,4 faiz artacağı gözlənilir.

2028-ci ilə qədər bərpa olunan enerjidə proqnozlaşdırılan 3 700 qiqavatlıq artımın 56 faizi Çin, 12 faizi Aİ, 9 faizi ABŞ, 5 faizi Hindistan və 3 faizi Braziliyadan olacaq. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *