Beynəlxalq Bərpaolunan Enerji Agentliyi (IRENA) "Siemens Energy" ilə qlobal enerji keçidinin inkişafına yönəlmiş əməkdaşlıq sazişi imzaladı.
Bu barədə "Berpaolunanenerji.az"a IRENA-dan məlumat verilib.
Razılaşmaya əsasən, təşkilatlar dünya miqyasında bərpaolunan enerjiyə keçidi inkişaf etdirmək və dərinləşdirmək üçün texnologiyaların tətbiqi üzrə əməkdaşlığı gücləndirəcəklər.
"Tərəfdaşlıq davamlı inkişaf hədəflərinə çatmaq üçün qlobal səylərin təməl daşıdır və qlobal enerji keçidinin sürətlənməsinin açarıdır." - deyə IRENA-nın baş direktoru Françesko la Kamera qeyd edib.
Siemens Energy-nin baş icraçı direktoru Kristian Braç deyib: "Bu əməkdaşlıq, hər iki təşkilatın enerji keçidini sürətləndirmək üçün güclərini birləşdirir və artırır. İqlim dəyişikliyi ilə mübarizə tədbirləri qlobal bir zərurətdir. Ən böyük şansımız, xüsusi təşkilatlarla güclü tərəfdaşlıq əlaqələrimizdir."
IRENA və Siemens həmçinin, müasir enerjinin çatmadığı bölgələrin xəritələri və yaşıl hidrogen ilə bağlı məlumat və təcrübə mübadiləsi aparacaq.
Rəylər (0):