İtaliyada bərpa olunan enerji hərracında 116,2 MVt gücündə stansiyalar ayrılıb

image

İtaliyanın enerji agentliyi olan "Gestore dei Servizi Energetici" (GSE) bərpa olunan enerji hərracında 1 MVt-dan yuxarı layihələr üçün 116,2 MVt gücündə stansiyalar ayırıb.

"Renewables.az" "pv-magazine" portalına istinadən xəbər verir ki, hərracda 15 məkanda 94,2 MVt günəş enerjisi gücü və ümumi gücü 22 MVt olan iki külək layihəsi çıxarılıb. 

Ən aşağı təklif 0.070 kVt-saat/usd qiymətində olub və ən böyük layihə – Apuliyanın cənub bölgəsindəki Foggia əyalətində planlaşdırılan 15,8 MVt gücündə günəş stansiyası üçün təklif edilib.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *