"Marçenkovskaya" külək parkında turbinlərin quraşdırılması işləri yekunlaşıb

image

"Rosatom"un iştirakı ilə "Nova Wind" ASC, Rusiyanın Rostov şəhərində inşa edilən "Marçenkovskaya" külək elektrik parkında 48 ədəd turbinin quraşdırılması işlərini tamamlayıb.

"Berpaolunanenerji.az" "Nova Wind"a istinadən xəbər verir ki, külək parkında idarəetmə binası, 35 kVt-lıq kabel, fiberoptik transmissiya xəttlərinin, 110 kVt-luq yarımstansiyanın və yolların inşası işləri tamamlanıb.

"Hal-hazırda şirkətimiz paralel olaraq Stavropol və Rostov əyalətlərində 3 fərqli külək parkı inşa edilir. "Marçenkovskaya", "Rosatom"un Rostov şəhərində inşası tamamlanan ilk külək parkıdır."  - deyə "Nova Wind" ASC rəsmisi Andrey Nesteruk bildirib.

Qeyd edək ki, külək elektrik parkının qoyuluş gücü 120 MVt olacaq. Stansiya ildə 402 milyon kilovat/saat elektrik enerjisi istehsal edəcək. 

Stansiyada hər birinin gücü 2,5 MVt olan 48 ədəd külək turbini quraşdırılıb. Külək stansiyasının tikintisə qoyulan investisiyanın məbləği isə 16 milyard rubldan çoxdur.

Şirkət 2024-cü ilə qədər 1,2 QVt gücündə külək parkları inşa etmək niyyətindədir.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *