Masdar Qırğız Respublikasında 3,6 QVt gücündə hidro və bərpa olunan enerji layihələri icra edəcək

image

BƏƏ-nin Masdar şirkəti (Abu Dhabi Future Energy Company) və EDF Qırğız Respublikasının Energetika Nazirliyi ilə ümumi gücü 3,6 qiqavata qədər olan hidro və bərpa olunan enerji layihələrinin inkişafının tədqiqi ilə bağlı müqavilə imzalayıb.

Renewables.az şirkətin yaydığı məlumata əsasən xəbər verir ki, müqavilə Dubayda keçirilən COP28 çərçivəsində Qırğızıstan və BƏƏ-nin rəsmilərinin, o cümlədən prezident Sadır Japarovun iştirakı ilə imzalanıb.

Razılaşma Masdar-ın hidroenerji sahəsindəki ilk müqaviləsidir. 2006-cı ildə əsası qoyulmuş Masdar şirkəti ümumi elektrik enerjisi istehsal gücü 20 QVt-dan çox olan 40-dan çox ölkədə fəaliyyət göstərir. 


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *