MENA ölkələrinin bərpa olunan enerji üzrə qoyuluş gücü 57 faiz artıb

image

Orta Şərq və Mərkəzi Asiya (MENA) ölkələri ötən ilin may ayından etibarən 6,9 qiqavat gücündə külək və günəş elektrik stansiyalarını istismara verib ki, bununla regionun bərpa olunan enerji üzrə qoyuluş gücü 57 faiz artaraq 19 qiqavata çatdırıb.

Renewables.az "Anadolu"ya istinadən xəbər verir ki, bu barədə “Global Energy Monitor”un hesabatında bildirilir.

Elektrik enerjisinə olan tələbatının 90 faizini təbii qaz və neftdən təmin edən bu ölkələrin bərpa olunan enerji üzrə qoyuluş gücü 343 qiqavatdır. Bu, dünya üzrə ümumi qoyuluş gücünün 23 faizinə uyğundur.

Bölgədə tikilməkdə olan 9 qiqavat gücündə yeni layihələrin 2024-cü ilin sonunadək istifadəyə veriləcəyi gözlənilir. MENA ölkələri bərpa olunan enerji mənbələrindən təbii qaz və neftdən təmin etdikləri elektrik enerjisini qarşılamaq üçün təxminən 500 qiqavat əlavə külək və günəş elektrik stansiyalarına investisiya qoymalıdır.

Bərpa olunan enerji gücünün hər il 19 qiqavat artdığını nəzərə alınsa, MENA bölgəsinin 2050-ci ilə qədər “sıfır karbon” hədəfinə çata biləcəyi hesablanır.


 

Rəylər (0):

Email adresin görünməyəcək. Məcburi sahələr doldurulmalıdır. *